DMA ilə əməkdaşlıq çərçivəsində Peşə Təhsili Proqramı

DMA ilə əməkdaşlıq çərçivəsində Peşə Təhsili Proqramı

DMA ilə əməkdaşlıq çərçivəsində Peşə Təhsili Proqramı

DMA ilə əməkdaşlıq çərçivəsində Peşə Təhsili Proqramı

Dövlət Məşğulluq Agentliyi (DMA) ilə İnnab Business School-un birgə təşəbbüsü olaraq həyata keçirilən Peşə Təhsili Proqramı, işsiz şəxslərin bilik və bacarıqlarını inkişaf etdirərək onları müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi hazırlamağı hədəfləyir. Bu proqram, sosial inklüzivliyi təşviq etməklə yanaşı, iştirakçıların iqtisadi imkanlarını artırmaq və karyera perspektivlərini gücləndirmək məqsədini daşıyır. Şərtlərə uyğun namizədlər INNAB-ın keçirdiyi imtahan və müsahibə mərhələlərindən keçir, uğurla keçənlərə müvafiq sahələrdə ödənişsiz təlimlər təqdim olunur.

Proqram çərçivəsində təklif olunan sahələr:

  • Data Analitika
  • Mühasib
  • HR Mütəxəssisi
  • Backend Developer
  • Rəqəmsal Ofis Mütəxəssisi (Ofis Proqramları)

Bu proqram iştirakçılar üçün bir çox üstünlük təqdim edir. İlk növbədə, təlimlər tamamilə ödənişsiz təşkil olunur və təlim müddətində iştirakçılara DMA tərəfindən maddi dəstək olaraq 200 AZN məbləğində təqaüd verilir. Təlimlər peşəkar mütəxəssislər tərəfindən sıfırdan keçirilərək iştirakçılara həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazandırmağa yönəldilib.

Eyni zamanda, proqram uğurla tamamlandıqdan sonra iştirakçıların işlə təmin olunması üçün İnnab Karyera Mərkəzi tərəfindən xüsusi dəstək göstərilir. Bu, iştirakçılara yalnız bilik və bacarıq əldə etmək imkanı deyil, həm də karyera inkişafı üçün real perspektivlər yaradır.

Ətraflı məlumat və müraciət üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Proqrama müraciətUyğunluğunuzu yoxlayın və 3 addımda müraciət edin.
Müraciət et

İştirak üçün tələblər:

  • Əyani təhsil almamaq.

  • Yaş həddi 18-35 arasında olmaq.

  • Adına VÖEN olmamaq.

  • DMA-da işsiz kimi qeydiyyatda olmaq (lazım gələrsə, qeydiyyat üçün dəstək göstəriləcək).

  • Tələbə statusunda olmamaq.

Sualınız var?

Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!