
Təlimlər
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Vergi uçotu təlimi
Vergi uçotu kursu sizə Azərbaycanda qüvvədə olan vergi qanunvericiliyi çərçivəsində vergi növlərini, onların hesablanması və hesabatlarının hazırlanması qaydalarını öyrədir. Bu kurs real iş mühitinə uyğunlaşdırılmış və praktiki tətbiqlərlə zənginləşdirilmişdir. Vergi uçotu təlimi ilə siz həm nəzəri, həm də tətbiqi biliklərə yiyələnərək, iş prosesində daha dəqiq və hüquqi cəhətdən düzgün fəaliyyət göstərə biləcəksiniz.
Vergi uçotu təlimi zamanı nələri öyrənəcəksiniz?
Vergi uçotu təlimi çərçivəsində aşağıdakı mövzular tədris olunur:
- Fiziki və hüquqi şəxslərin vergi öhdəlikləri
- ƏDV, mənfəət vergisi, gəlir vergisi və sadələşdirilmiş vergi üzrə hesablamalar
- Vergi Məcəlləsinin əsas müddəaları və onların izahı
- Onlayn vergi sistemləri ilə işləmə: e-bəyannamə, e-hesab faktura və s.
- Praktiki hesabat nümunələri və real ssenarilər əsasında tapşırıqlar
Vergi uçotu kursu bu bilikləri sistemli və sadə dillə izah edərək öyrənmə prosesini asanlaşdırır.
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Müştəri rəyləri Müraciət edin
- 24 saat tədris müddəti
- Praktiki və nəzəri biliklər
- Öz sahəsi üzrə peşəkar təlimçi ilə dərslər
- Ölkənin nüfuzlu ekspertlərinin iştirakı ilə tərtib olunmuş əhatəli təlim planı
- Dərslərin video qeydlərinə baxmaq imkanı
- Təkrar təlim imkanı (modul zəif mənimsənildikdə, lakin davamiyyət yüksək olarsa)
- Sertifikat
- İş imkanı - uğurlu məzunlarımızın iş yerlərinə tövsiyyə edilməsi
- Portfolionun qurulmasına dəstək
Vergi uçotu telimi kimlər üçün nəzərdə tutulub?
Vergi uçotu telimi mühasiblər, sahibkarlar, iqtisadçılar, maliyyə mütəxəssisləri və vergi hesabatları ilə işləyən hər kəs üçün faydalıdır. Həmçinin bu sahəyə yeni başlayan şəxslər üçün də Vergi uçotu telimi aydın və əsaslı şəkildə tərtib olunub. Əgər siz düzgün vergi hesabatları tərtib etmək və qanunvericiliyə uyğun işləmək istəyirsinizsə, bu kurs sizin üçün ideal seçimdir.
Niyə Vergi uçotu kursu?
Vergi uçotu kursu peşəkar və təcrübəli təlimçiləri tərəfindən hazırlanıb. Kursun məzmunu real iş dünyasının ehtiyaclarına uyğunlaşdırılıb və vergi hesabatlarının praktiki tərəfini əhatə edir. Vergi uçotu təlimi sizə həm nəzəri əsasları öyrədir, həm də gündəlik işdə tətbiq edə biləcəyiniz bacarıqlar qazandırır. Vergi uçotu kursu ilə vergi sahəsində tam biliklərə yiyələnin və peşəkar mühasib kimi güvənli addımlar atın.
Tədris mövzuları
Öyrənməyə nə vaxt istəsəniz başlayın, planlamanı indi edin!
Dərslərinizin tədris ediləcəyi otaqlar
Tez-tez verilən suallar
Bəyannəmələr keçirilir?
Bəli, təlimdə vergi uçotu ilə bağlı nəzəri biliklərlə yanaşı real tapşırıqlar üzərindən praktiki olaraq bəyanəmələrin düzgün tərtibatı öyrədilir.
Təlimin sonunda imtahan verib sertifikat almaya bilərik?
Davamiyyətiniz 100% olduğu halda, təlimin sonunda imtahan verib sertifikat almasanız (imtahan nəticəniz sertifikat almağa uyğun olmazsa), təlimdə 2-ci dəfə ödənişsiz iştirak edə bilərsiniz.
Sualınız var?
Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!
- Gənclik filialıTel: (+994) 50 290 61 21
- Elmlər filialıTel: (+994) 70 290 61 21





