Layihələr

Mühasibatlıq üzrə Mini - MBA Proqramı

Mühasibatlıq üzrə Mini - MBA Proqramı

Mühasibatlıq üzrə Mini - MBA Proqramı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İnnab Business School-un birgə əməkdaşlığı ilə Mühasibatlıq üzrə Mini-MBA proqramını təqdim edirik! Bu proqram mühasibatlıq sahəsində nəzəri bilikləri və praktiki bacarıqları inkişaf etdirmək istəyən hər kəs üçün unikal bir fürsətdir.

 

Proqramın məqsədi iştirakçılara mühasibatlıq sahəsində peşəkar biliklər qazandırmaq, müasir mühasibatlıq metodlarını öyrətmək və bu bilikləri real iş mühitində tətbiq etməkdir. Proqram müasir biznes dünyasının tələblərinə uyğun olaraq hazırlanmışdır.

 

Mini-MBA proqramı ərzində iştirakçılar aşağıdakı modulları mənimsəyəcəklər:

 

  • Mühasibat uçotu: Maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotunun əsasları və tətbiqi;
  • 1C 8.3: Müasir mühasibatlıq proqramları ilə işləmə və məlumatların avtomatlaşdırılması;
  • Vergi uçotu: Vergi qanunvericiliyi, vergi bəyannamələrinin hazırlanması və hesabatların tərtibi;
  • Excel: Mühasibatlıq üçün geniş tətbiqlər, hesabatların avtomatlaşdırılması və analitik cədvəllərin hazırlanması.

 

Niyə Bu Proqramı Seçməlisiniz?

  • Nəzəri biliklərin praktiki tapşırıqlarla gücləndirilməsi;
  • Mühasibatlıq üzrə son yeniliklər və texnologiyalarla tanışlıq;
  • UNEC və İnnab Business School tərəfindən təsdiqlənmiş sertifikatın əldə olunması;
  • Təcrübəli mütəxəssislərdən tədris.

 

Kimlər Üçün Nəzərdə Tutulub?

  • Mühasibatlıq sahəsində karyera qurmaq istəyənlər;
  • Peşəkar biliklərini genişləndirmək istəyən mühasibatlıq mütəxəssisləri;
  • Biznes qərarlarını düzgün maliyyə hesabatları əsasında vermək istəyən liderlər.

Sualınız var?

Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!