INNAB × Dövlət Məşğulluq Agentliyi

DMA ilə əməkdaşlıq çərçivəsində ödənişsiz peşə təlimləri

Data Analitika, Mühasib, HR Mütəxəssisi, Backend Developer və Rəqəmsal Ofis Mütəxəssisi ixtisaslarına sıfırdan yiyələnin.

  • Təlimlər ödənişsizdir
  • Təlim müddətində DMA tərəfindən aylıq 200 AZN təqaüd
  • Peşəkar müəllimlərlə, praktiki dərslər
  • Təlimi bitirənlərə işə düzəlməkdə dəstək
Kimlər qatıla bilər?

Proqrama müraciət

Addım 1 / 3
Əvvəlcə uyğunluğu yoxlayaq
Yaşınız 18 ilə 35 arasındadır?
Hazırda əyani təhsil alan tələbəsiniz?
Adınıza aktiv VÖEN var?
Hazırda işləyirsiniz?

Proqramdakı sahələr

Data Analitika

Data ilə işləmək və hesabat hazırlamaq

Mühasib

Mühasibat uçotu və praktiki tapşırıqlar

HR Mütəxəssisi

Kadr işinin əsasları və sənədləşmə

Backend Developer

Veb tətbiqlərin server tərəfini proqramlaşdırmaq

Rəqəmsal Ofis Mütəxəssisi

Ofis proqramları ilə peşəkar gündəlik iş

Kimlər qatıla bilər?

  • Yaşı 18 ilə 35 arasında olanlar
  • Əyani təhsil alan tələbə statusunda olmayanlar
  • Adına aktiv VÖEN olmayanlar
  • DMA-da işsiz kimi qeydiyyatda olanlar

Necə işləyir?

  1. Müraciət edin. Forma 2 dəqiqə çəkir.
  2. İmtahan. Şərtlərə uyğun namizədləri imtahana dəvət edirik.
  3. Müsahibə. İmtahanı keçənlərlə tanış oluruq.
  4. Təlim. Uğurla keçənlər ödənişsiz təlimə başlayır, DMA aylıq 200 AZN təqaüd verir.
  5. Karyera. Təlimi bitirənlərə öz sahəsində işə düzəlməkdə dəstək oluruq.

Tez-tez verilən suallar

Təlim həqiqətən ödənişsizdir?

Bəli. Proqram Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir, təlim iştirakçı üçün ödənişsizdir.

Təqaüd nə qədərdir?

Təlim müddətində iştirakçılara maddi dəstək olaraq aylıq 200 AZN təqaüd verilir.

DMA-da qeydiyyatım yoxdur. Müraciət edə bilərəm?

Proqrama qəbul üçün DMA-da işsiz kimi qeydiyyatda olmaq şərtdir. Müraciəti göndərin: qeydiyyat addımlarını zəngdə izah edirik.

İştirakçılar necə seçilir?

Şərtlərə uyğun namizədləri imtahan və müsahibəyə dəvət edirik. Hər iki mərhələni uğurla keçənlər təlimə qəbul olunur.