Təlimlər

  • Data Analitika
  • Mühasibat
  • İnsan Resursları
  • Marketinq
  • Komputer bilikləri
  • Biznes Təlimləri

HR Mütəxəssis təlimi

HR Mütəxəssisi təlimi sizə müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazandırır. İnsan resursları sahəsi dinamik inkişaf edən və hər bir təşkilat üçün strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Təlim müddətində işə qəbul, əmək qanunvericiliyi, performans idarəetməsi və digər vacib sahələr üzrə praktiki biliklər əldə edəcəksiniz. HR təlimi real nümunələr və case-lər üzərində işləməklə sizə praktiki təcrübə qazandırır və sizi peşəkar karyeraya hazırlaşdırır.

 

HR Mütəxəssis təliminin əsas məqsədləri:

  • İştirakçılara insan resursları sahəsinin əsas funksiyalarını sistemli və praktiki şəkildə öyrətmək;
  • Qanunvericilik, əmək haqqı hesablamaları, işə qəbul, performansın idarə edilməsi və işçi inkişafı sahələrində bilik və bacarıqları artırmaq;
  • Real iş mühitində rast gəlinən HR problemlərinin həllinə yönəlik düşüncə tərzini formalaşdırmaq;
  • İştirakçıları əmək bazarının tələblərinə uyğun, peşəkar və çoxşaxəli HR mütəxəssisi kimi hazırlamaq.
Müştəri rəyləri Müraciət edin
  • 72 saat tədris müddəti
  • 5 modul üzrə dərslər
  • Praktiki və nəzəri biliklər
  • Öz sahəsi üzrə peşəkar təlimçi ilə dərslər
  • Ölkənin nüfuzlu ekspertlərinin iştirakı ilə tərtib olunmuş əhatəli təlim planı
  • Sertifikat
  • Dərslərin video qeydlərinə baxmaq imkanı
  • Təkrar təlim imkanı (modul zəif mənimsənildikdə, lakin davamiyyət yüksək olarsa)
  • İş imkanı - uğurlu məzunlarımızın iş yerlərinə tövsiyyə edilməsi
  • Portfolionun qurulmasına dəstək

HR Mutexessis teliminin əhəmiyyəti:

  • İştirakçılara əmək məcəlləsi çərçivəsində düzgün qərar vermək bacarığı qazandırır;
  • Payroll (əmək haqqı hesablamaları) proseslərini şəffaf və qanunauyğun şəkildə idarə etmək imkanı yaradır;
  • Effektiv işə qəbul strategiyalarını formalaşdırmağa yardım edir;
  • Performansın idarə edilməsi ilə işçi motivasiyasını və məhsuldarlığını artırma yollarını öyrədir;
  • Təlim və inkişaf insan kapitalının uzunmüddətli inkişafını təmin etməyə yönəlir.

Bu proqramın sonunda iştirakçılar real HR mühitində sərbəst və peşəkar fəaliyyət göstərə biləcək səviyyəyə çatacaq, həm şəxsi inkişaflarına, həm də çalışacaqları təşkilatların uğuruna töhfə verəcəklər.

Tədris mövzuları

Öyrənməyə nə vaxt istəsəniz başlayın, planlamanı indi edin!

Dərslərinizin tədris ediləcəyi otaqlar

room-61
room-62
room-63
room-64
room-65
room-66

Tez-tez verilən suallar

Sualınız var?

Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!