
Təlimlər
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Data Analitika təlimi
Data Analitika kursu sizə müasir texnologiyaların tələblərinə uyğun bacarıqlar qazandırır. Bu sahə sürətlə inkişaf edən və yüksək maaşlı peşələrdən biridir. Kurs müddətində məlumatların toplanması, təhlili və vizuallaşdırılması sahəsində praktiki biliklər əldə edəcəksiniz. Data Analitika təlimi real layihələr üzərində işləməklə sizə təcrübə qazandırır və sizi əmək bazarına hazırlayır.
Data Analitika təlimi kimlər üçündür?
Data Analitika təlimi həm texniki, həm də texniki olmayan sahələrdə çalışan şəxslər üçün nəzərdə tutulub. Əgər siz maliyyə, marketinq, insan resursları və ya menecment sahəsində çalışırsınızsa, data analitika bilikləri qərarvermə prosesində sizi bir addım öndə edəcək. Data Analitika telimi həmçinin yeni karyera qurmaq istəyən şəxslər üçün ideal başlanğıcdır.
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Müştəri rəyləri Müraciət edin
- 142 saat
- 6 modul
- Hər modul üçün ayrı imtahan və sertifikat
- Ölkənin nüfuzlu ekspertlərinin iştirakı ilə tərtib olunmuş təlim planı
- 300+ praktiki test və quizlər
- Əhatəli təlim planı və materialı
- İş imkanı - uğurlu məzunlarımızın iş yerlərinə tövsiyyə edilməsi
- Mentor dəstəyi
Data Analitika telimi zamanı öyrənəcəkləriniz
Data Analitika telimi zamanı aşağıdakı bacarıqları əldə edəcəksiniz:
- Məlumatların təmizlənməsi və strukturlaşdırılması
- Excel və SQL ilə məlumatların təhlili
- Power BI və ya digər vizuallaşdırma alətləri ilə hesabatların hazırlanması
- Məlumatlar əsasında analitik düşünmə bacarığı
Bu bacarıqlar data analitika üzrə mütəxəssis olmaq üçün əsasdır və sizi yüksək rəqabətli bazarda fərqləndirəcək.
Niyə Data Analitika kursu məhz bizdən?
Data Analitika kursu peşəkar təlimçilər tərəfindən hazırlanıb. Kurs proqramı beynəlxalq standartlara uyğun tərtib olunub və Azərbaycan dilində təqdim olunur. Praktiki tapşırıqlar, layihələr və dəstək sistemləri ilə data analitika sahəsində möhkəm təməl yaradılır. Kurs sonunda əldə edəcəyiniz sertifikat isə sizi rəqəmsal dünyada daha görünən edəcək.
Data Analitika təlimi ilə analitik düşüncə tərzi formalaşdırın, rəqəmləri dərk edin və datanı gücə çevirin!
Tədris mövzuları
Öyrənməyə nə vaxt istəsəniz başlayın, planlamanı indi edin!
Biznes Excel
Excel-də verilənləri analiz etmək, funksiyalar və formulalarla işləmək, pivot cədvəlləri qurmaq və vizual qrafiklər hazırlamaq bacarıqlarını inkişaf etdirir. Təlimdə məlumatların təmizlənməsi və analiz edilməsi əsas öyrənilən mövzular arasında yer alır.
SQL
Məlumat bazasında sorğular yazmaq və verilənləri təhlil etmək üçün SQL dilinin əsaslarını öyrədir.
Power BI
Məlumatları vizuallaşdırmaq və DAX funksiyalarının dəstəyi ilə interaktiv hesabatlar yaratmaq üçün Power BI alətindən istifadə etməyi öyrədir.
Biznes Statistika
Statistik təhlil metodları ilə verilənlərdən nəticələr çıxarmağa yönəlir.
Python
Python proqramlaşdırma dili müxtəlif kitabxanalardan istifadə etməklə datanı analiz etmək, vizuallaşdırmaq və maşın öyrənməsi modelləri qurmaq üçün əsas bacarıqları inkişaf etdirir.
Analitik Metodlar
Müxtəlif analitik və modelləşdirmə metodları ilə datanı təhlil etməyi öyrədir.
Power Query
Dərslərinizin tədris ediləcəyi otaqlar
Tez-tez verilən suallar
Təlim data analitika sahəsi üzrə işə başlamaq üçün kifayətdir?
Bəli, kifayətdir. Təlimdə əldə edəcəyiniz baza bilikləri və praktiki bacarıqlar, data analitika sahəsində junior səviyyəsində işə başlamaq üçün yetərlidir.
Modullar tamamilə başlanğıc səviyyəsindən tədris olunur, yoxsa baza biliklərinin olması zəruridir?
Bütün modullar başlanğıc səviyyəsindən tədris olunur və əvvəlcədən baza biliklərinə ehtiyac yoxdur.
Təlim müddətində real layihələr üzərində praktiki təcrübə əldə etmək mümkündür?
Bəli, təlim müddətində iştirakçılar real layihələr üzərində praktiki təcrübə əldə edirlər. Bu, nəzəri biliklərin tətbiqini təmin edərək, real iş mühiti ilə tanış olmağa imkan yaradır.
Təlim proqramını başa vurduqdan sonra iştirakçılara işlə təmin olunma mövzusunda dəstək göstərilir?
Bəli, təlim proqramını uğurla tamamladıqdan sonra iştirakçılara işlə təmin olunma prosesində dəstək göstəririk. Bu dəstək, CV-nin hazırlanması və müsahibəyə hazırlıq üzrə məsləhətlər daxil olmaqla, hərtərəfli iş axtarış dəstəyini əhatə edir.
"Data Analitika" nədir və əhəmiyyəti nədir?
Data analitika, məlumatların toplanması, işlənməsi və təhlil edilməsini əhatə edən bir prosesdir. Bu prosesdə məqsəd, məlumatlardan dəyərli nəticələr çıxarmaq, trend və naxışları müəyyənləşdirmək və iş qərarlarını daha dəqiq və məlumatlı şəkildə qəbul etməkdir. Əhəmiyyəti, bizneslərə strateji qərarların verilməsində və rəqabət üstünlüyü yaratmaqda kömək edir.
"Data Analitika" təliminin müddəti nə qədərdir?
Təlim 6 ay davam edir. Bu müddət ərzində iştirakçılar data analitika sahəsində əsas bilik və bacarıqları öyrənəcəklər, müxtəlif alətlərin və metodların istifadəsi ilə tanış olacaqlar.
Təlim hansı formatda təqdim olunur?
Təlim yalnız əyani formatda təqdim olunur. Bu, iştirakçıların təlimçilərlə birbaşa əlaqə qurmasına, praktiki fəaliyyətlərdə iştirak etməsinə və dərs müzakirələrində aktiv rol almasına imkan verir.
Təkrarlama imkanı nə deməkdir və necə işləyir?
Təkrarlama imkanı iştirakçılara hansısa modulu zəif mənimsədikdə həmin modulu il ərzində bir dəfə ödənişsiz təkrar etmək imkanı verir
İnnab məzunları hansı şirkətlərdə çalışır?
İnnab Business School-un məzunları Azərsun Holding, Paşa Holdinq, Kapital Bank, Veysəloğlu, AzərEnerji, Azərgold və digər böyük şirkətlərdə müxtəlif vəzifələrdə çalışırlar. Bu, tədris proqramlarımızın əmək bazarının tələblərinə uyğun olduğunu göstərir.
Sualınız var?
Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!
- Fiziki şəxslər üçün:Tel: (+994) 50 290 61 21
- Korporativ müştərilər üçün:Tel: (+994) 50 290 61 31