
Təlimlər
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Mühasibat uçotu təlimi
Mühasibat uçotu kursu sizə müəssisələrin maliyyə əməliyyatlarını düzgün və qanunvericiliyə uyğun şəkildə aparmaq üçün zəruri olan nəzəri və praktiki bilikləri təqdim edir. Bu kurs vasitəsilə siz mühasibat uçotu sahəsində peşəkar bacarıqlar qazanacaq və gündəlik uçot əməliyyatlarını sərbəst şəkildə yerinə yetirməyi öyrənəcəksiniz. Mühasibat uçotu təlimi sizə həm maliyyə hesabatlarının hazırlanması, həm də uçotun aparılması prosesini addım-addım izah edir.
Mühasibat uçotu təlimi zamanı öyrənəcəyiniz əsas mövzular
Mühasibat uçotu təlimi çərçivəsində aşağıdakı bilik və bacarıqları əldə edəcəksiniz:
- Mühasibat sənədlərinin və əməliyyatlarının əsas prinsipləri
- İkili yazılış qaydası və hesabların strukturu
- Maliyyə hesabatlarının tərtibi (balans, mənfəət-zərər və s.)
- Debitor, kreditor və pul vəsaitləri üzrə uçot
- Əməkhaqqı, vergi və amortizasiya üzrə uçot əməliyyatları
Mühasibat uçotu kursu bütün bu mövzuları sistemli şəkildə izah edir və real nümunələrlə tədris edir.
- Data Analitika
- Mühasibat
- İnsan Resursları
- Marketinq
- Komputer bilikləri
- Biznes Təlimləri
Müştəri rəyləri Müraciət edin
- 32 saat tədris müddəti
- Praktiki və nəzəri biliklər
- Öz sahəsi üzrə peşəkar təlimçi ilə dərslər
- Ölkənin nüfuzlu ekspertlərinin iştirakı ilə tərtib olunmuş əhatəli təlim planı
- 1C yüklənməsi
- Dərslərin video qeydlərinə baxmaq imkanı
- Təkrar təlim imkanı (modul zəif mənimsənildikdə, lakin davamiyyət yüksək olarsa)
- Sertifikat
- İş imkanı - uğurlu məzunlarımızın iş yerlərinə tövsiyyə edilməsi
- Portfolionun qurulmasına dəstək
Mühasibat uçotu telimi kimlər üçün nəzərdə tutulub?
Mühasibat uçotu telimi bu sahəyə yeni başlayanlar, mühasib köməkçiləri, sahibkarlar və maliyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulub. Əgər siz sıfırdan mühasibat uçotu öyrənmək və ya mövcud biliklərinizi təkmilləşdirmək istəyirsinizsə, mühasibat uçotu telimi sizin üçün ən doğru seçim olacaq. Bu təlim həmçinin Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşanlar üçün də əsas baza rolunu oynayır.
Niyə Mühasibat uçotu kursu?
Mühasibat uçotu kursu təcrübəli təlimçilər tərəfindən real iş praktikasına əsaslanaraq hazırlanıb. Təlim materialları gündəlik mühasibat əməliyyatlarını əhatə edir və praktik tapşırıqlarla dəstəklənir. Mühasibat uçotu təlimi həm fərdi öyrənmə, həm də peşəkar karyera qurmaq istəyənlər üçün ideal seçimdir. Mühasibat uçotu kursu ilə biliklərinizi sistemli şəkildə formalaşdırın və peşəkar mühasib kimi uğura doğru addımlayın.
Tədris mövzuları
Öyrənməyə nə vaxt istəsəniz başlayın, planlamanı indi edin!
Dərslərinizin tədris ediləcəyi otaqlar
Tez-tez verilən suallar
Mühasibatlıq kursları üçün ilkin tələblər nələrdir?
Bu kursda iştirak etmək üçün mühasibatlıqla əlaqədar heç bir biliyə ehtiyac yoxdur. Siz tamamilə başlanğıc səviyyədən başlayaraq bu sahəni öyrənəcəksiniz.
Mühasibatlıq kursu kimlər üçündür?
Maliyyəçilər, mühasiblər, auditorlar, insan resursları əməkdaşları, anbardarlar, tələbələr, vergi mütəxəssisləri, şəxsi biznesini idarə etmək istəyənlər və bu sahədə özünü inkişaf etdirmək istəyənlər təlimdə iştirak edə bilərlər.
Sualınız var?
Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!
- Gənclik filialıTel: (+994) 50 290 61 21
- Elmlər filialıTel: (+994) 70 290 61 21





