1C kursu

  • Data Analitika
  • Mühasibat
  • İnsan Resursları
  • Marketinq
  • Komputer bilikləri
  • Biznes Təlimləri

1C təlimi

1C kursu sizə mühasibatlıq və maliyyə əməliyyatlarının elektron şəkildə idarə olunmasını öyrədən praktiki təlim proqramıdır. Bu kursla siz 1C proqram təminatında sənədlərin daxil edilməsi, əməliyyatların uçotu və hesabatların hazırlanması proseslərini tam şəkildə mənimsəyəcəksiniz. 1C təlimi real iş mühitinə uyğun hazırlanıb və proqramdan gündəlik istifadə bacarığı qazandırır.

 

1C təlimi zamanı öyrəniləcək əsas mövzular

1C təlimi sizə aşağıdakı bilik və bacarıqları təqdim edir:

  • 1C interfeysi və əsas funksiyalarla tanışlıq
  • Mal-material uçotu və ambar əməliyyatlarının aparılması
  • Əməkhaqqı, vergi və sosial ödənişlərin hesablanması
  • Bank və kassa əməliyyatlarının işlənməsi
  • Maliyyə və vergi hesabatlarının proqram üzərindən hazırlanması

1C kursu bu funksiyaların praktiki tətbiqini öyrədərək sizi proqramda sərbəst işləməyə hazır vəziyyətə gətirir.

Müştəri rəyləri Müraciət edin
  • 16 saat tədris müddəti
  • Praktiki və nəzəri biliklər
  • Öz sahəsi üzrə peşəkar təlimçi ilə dərslər
  • Ölkənin nüfuzlu ekspertlərinin iştirakı ilə tərtib olunmuş əhatəli təlim planı
  • 1C yüklənməsi
  • Dərslərin video qeydlərinə baxmaq imkanı
  • Təkrar təlim imkanı (modul zəif mənimsənildikdə, lakin davamiyyət yüksək olarsa)
  • Sertifikat
  • İş imkanı - uğurlu məzunlarımızın iş yerlərinə tövsiyyə edilməsi
  • Portfolionun qurulmasına dəstək

1C təlimi kimlər üçün nəzərdə tutulub?

1C telimi mühasiblər, mühasib köməkçiləri, maliyyə işçiləri, sahibkarlar və mühasibat sahəsində çalışan və ya bu sahəyə yönəlmək istəyən hər kəs üçün uyğundur. Əgər siz mühasibat uçotu əməliyyatlarını avtomatlaşdırmaq, iş prosesini asanlaşdırmaq və rəqəmsal mühasibatlıq bacarığı qazanmaq istəyirsinizsə, 1C telimi sizin üçün ideal seçimdir.

 

Niyə 1C kursu?

1C kursu peşəkar təlimçilər tərəfindən hazırlanıb və real iş mühitinə uyğun nümunələrlə təqdim olunur. Təlim praktiki tapşırıqlarla zənginləşdirilib və iştirakçılara proqram təminatında effektiv işləmə bacarığı qazandırır. 1C təlimi zamanı siz yalnız proqramın texniki tərəfini deyil, həm də hüquqi və praktiki məqamlarını mənimsəyəcəksiniz. 1C kursu ilə rəqəmsal mühasibatlığın əsaslarını öyrənin və iş həyatında fərqlənin.

Platforma ilə konfiqurasiyanın fərqi, 8.3 versiyası və mühasibin gündəlik iş axını haqqında ətraflı: 1C proqramı nədir.

1C kursunun tədris proqramı

Öyrənməyə nə vaxt istəsəniz başlayın, planlamanı indi edin!

1C dərslərinin keçirildiyi otaqlar

room-61
room-62
room-63
room-64
room-65
room-66

1C kursu haqqında tez-tez verilən suallar

1C mühasibat uçotunun və maliyyə əməliyyatlarının elektron idarə olunması üçün proqram təminatıdır: sənədlərin daxil edilməsi, əməliyyatların uçotu və hesabatların hazırlanması onun üzərində aparılır. Ən çox işlədilən versiya 1C 8.3-dür.
Kurs 1C 8.3 üzərində qurulub. Proqram interfeyslə tanışlıqdan başlayır, mal-material uçotu, anbar əməliyyatları və hesabatların hazırlanması ilə davam edir.
Bu kurs 16 saatdır. Mühasibat uçotu ilə birlikdə keçmək istəyirsinizsə, Mühasibat Uçotu və 1C proqramı 48 saatdır.
Xeyr, 1C yüklənməsi kursa daxildir.
Proqramla işləmə bacarığını sıfırdan öyrənmək mümkündür, amma uçotun məntiqi lazım olur. Bazanız yoxdursa, 48 saatlıq Mühasibat Uçotu və 1C proqramı daha uyğundur.
Dərslərin video qeydlərinə baxmaq imkanı var. Davamiyyət yüksək olarsa, zəif mənimsənilən modulu təkrar keçmək mümkündür.
1C təlimində mühasib kimi düşünməyi, əməliyyatları 1C-də həyata keçirməyi, ödəmə planını tərtib və idarə etməyi, vergi bəyannamələrinin texniki hazırlanmasını, mal-materialın uçotunu, kassa və bank əməliyyatlarının uçotunu aparmağı, maya dəyərini hesablamağı, əsas vəsaitlərin uçotunu, əmək haqqı ödənişlərini və kadr uçotunu həyata keçirməyi, satış əməliyyatlarını icra etməyi, xərcləri uçotunu aparmağı, maliyyə hesabatları hazırlamağı və digər hesablaşmaları yerinə yetirməyi öyrənəcəksiniz.

Sualınız var?

Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!