Bloq

Maliyyə hesabatları
- 1.1 MH1: Maliyyə Hesabatlarının Təhlili
- 1.2 MH2: Maliyyə Hesabatlarının İşləmə Prinsipləri
- 1.3 MH3: Maliyyə hesablaşmaları
- 1.4 MH4: Maliyyə Hesabatlılığı Standartları
- 1.5 MH5: Əlavə Maliyyə Hesabatları
- 1.6 MH6: Mənfəət və Zərər hesabatı
- 1.7 MH7: Gəlirlərin tanınması metodları
- 1.8 MH9: Hər səhmə düşən mənfəətin hesablanması metodları
- 1.9 MH10: Balans Hesabatı
- 1.10 MH11: Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- 1.11 MH12: Hazır məhsulların uçota alınması metodları
- 1.12 Maliyyə hesabatları testi
- 1.13 MÜƏSSİSƏLƏRDƏ DAXİLİ AUDİT
- 1.14 MALİYYƏ HESABATLARININ MAHİYYƏTİ
- 1.15 MALİYYƏ HESABATLARININ TƏHLİL MƏRHƏLƏLƏRİ
İlk olaraq maliyyə hesabatları və maliyyə hesabatlarının təhlili arasındakı fərqi müəyyən edək.
Maliyyə hesabatları – müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə məlumat verir. Maliyyə hesabatlarına balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkətinə dair hesabatları misal deyə bilərik. Bu hesabatlar keçmişdə müəssisədə nə baş verdiyini göstərir.
Maliyyə hesabatlarının təhlili – əsas rolu müəssisənin maliyyə hesabatlarındakı məlumatlardan istifadə edərək iqtisadi qərarlar qəbul etməkdir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar.
Maliyyə hesabatları əsas və əlavə maliyyə hesabatları olaraq iki başlıq altında qruplaşdırılır. Bu hesabatlar növbəti yazılarımızda ayrı-ayrılıqda daha ətraflı izah ediləcəkdir.
-
Əsas maliyyə hesabatları
- Mənfəət və zərər hesabatı
- Balans hesabatı
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- Kapitalda dəyişikliklər hesabatı
-
Əlavə maliyyə hesabatları
- Maliyyə hesabatlarına qeydlər (dipnotlar)
- Yardımçı cədvəllər
- Rəhbərliyin müzakirə və təhlilləri
- Rüblük və ya yarım illik hesabatlar
- Proxy hesabatlar
- Auditor rəyi
Maliyyə hesabatlarının təhlili 6 pillədən ibarətdir:
- Təhlilin məqsədi və konteksti – Bu pillədə aşağıdakı suallar cavablandırılır: Təhlil niyə həyata keçirilir? Məqsəd nədən ibarətdir? Təhlilin quruluşu necə olacaq? Hansı resurslardan istifadə ediləcək? Təhlilin aparılması üçün nə qədər vaxta ehtiyac var?
- Məlumatların toplanması – müəssisənin maliyyə hesabatlarından və müəssisənin daxil olduğu sektordan və ümumi iqtisadiyyata dair məlumatlardan əldə edilir. Bura müəssisə rəhbərliyi, istehsalçılar və istehlakçılar üzrə keçirilən sorğunun nəticələri və müəəsisənin veb səhifəsindəki məlumatlar da daxildir.
- Məlumatların emalı – toplanmış məlumatlar əsasında tələbərdən asılı olaraq müxtəlif əmsallar hesablanır və qrafiklər qurulur.
- Emal edilmiş məlumatların təhlili – emal edilmiş məlumatların izahı bu pillədə əks olunur. Yəni, 3-cü mərhələdə əldə edilmiş əmsalların, qrafiklərin və cədvəllərin nə məna kəsb etdiyi bu pillədə qeyd edilir.
- Hesabatlıq – təhlil edilmiş məlumatlara əsasən standartlara uyğun hesabatın hazırlanması və nəzərdə tutulan auditoriyaya təqdim edilməsi.
- Təhlilin yenilənməsi – yuxarida qeyd edilmiş mərhələlər mütəmadi olaraq təkrarlanmalı və nəticələr yenilənməlidir.
Maliyyə hesabatlarının işləmə prinsiplərini anlamaq üçün ilk olaraq maliyyə mühasibatlığında biznes əməliyyatlarının təsnifatını başa düşmək lazımdır. Biznes əməliyyatları üç qrupa bölünür:
- Əməliyyat fəaliyyətləri – müəssisənin gündəlik əməliyyatlarını əhatə edir. Restoranlar tərəfindən göstərilən xidmətlər, konsaltinq şirkətlərinin təklif etdiyi xidmətlər, banklar tərəfindən depozitlərin qəbulu və kreditlərin verilməsi, işçilərə maaşların verilməsi və bunun kimi əməliyyatları misal olaraq göstərə bilərik.
- İnvestisiya fəaliyyətləri – uzun müddətli aktivlərin əldə edilməsi və satılması ilə bağlı fəaliyyətlərdir. Misal olaraq, avadanlıqların alınması və ya satılması (qeyd edək ki, əgər bu avadanlığı müəssisə özü istehsal edirsə bu əməliyyat investisiya yox cari əməliyyata daxildir, çünki bu əməliyyyat o şirkətin gündəlik fəaliyyətidir, misal soba istehsal edən şirkətin soba satması), ofis binasının alınması və ya satılması və d.
- Maliyyə fəaliyyətləri – kapitalın əldə edilməsi və ya geri ödənilməsi ilə əlaqəli əməliyyatlardır. Ümumi səhmlərin və istiqrazların emissiyası, bankdan kredit götürülməsi kimi əməliyyatları maliyyələşmə üzrə fəaliyyətlərə misal olaraq deyə bilərik.
Maliyyə hesabatlarının beş əsas elementi bunlardır:
- Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur.
- Öhdəliklər – müəssisənin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni əks etdirən resursların müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur.
- Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir.
- Gəlir – kapitala qoyuluş ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.
- Xərc – kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.
Əsas maliyyə bərabərsizlikləri:
- Aktivlər = Öhdəliklər + Kapital
- Kapital = Kapitala qoyuluş + Dövrün sonuna bölüşdürülməmiş mənfəət
- Dövrün sonuna bölüşdürülməmiş mənfəət = Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət + Gəlir – Xərc – Divident
- Aktivlər = Öhdəliklər + Kapitala qoyuluş + Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət + Gəlir – Xərc – Divident
Gəlir və ya xərc həmişə müəssisənin hasabatlarında pul vəsaiti mədaxil və ya məxaric olduqda tanınmırlar. Maliyyə hesablaşmalarının əsas prinsipi məhz bunu izah edir. Hesablaşmaların əsas prinsipi budur ki, pul vəsaitinin hərəkətindən asılı olmayaraq gəliri qazandıqda, xərci isə çəkildikdə tanimaq lazımdır. Hesablaşmalar dörd kateqoriyaya bölünür. Bunların hər birini qısa şəkildə izah edək.
- Qazanılmamış gəlir (hər zaman bizim öhdəliyimizdir) – siz pulu gəliri qazanmamışdan əvvəl qəbul edirsiniz. Buna qəzet istehsal edən müəssisəni misal olaraq deyə bilərik. Fərz edək ki, qəzet istehsal edən B şirkəti ilə xidmət sektorunda fəaliyyət göstərən C şirkəti arasında 2015-ci ilin yanvar ayında müqavilə imzalanmışdır. Müqaviləyə görə B şirkəti 2015-ci il ərzində C şirkətinə həftəlik 300 ədəd qəzet göndərəcəkdir. B şirkəti müqavilədə göstərilən satış məbləğini (3 min manatı) müqavilə imzalanan tarixdə qəbul edir. Bu gəlir B şirkətinin balans hesabatında qazanılmamış gəlir olaraq öhdəliklərdə qeyd edilir. Çünki, baxmaraq ki satış məbləği alınmışdır, qəzetlər C şirkətinə 2015-ci il ərzində göndəriləcəkdir.
Qeyd edə ki, balans hesabatında həmişə Aktivlər = Öhdəliklər + Kapital şərti gözlənilməlidir. Yəni, aktiv hesabların cəmi passiv hesabların cəminə bərabər olmalıdır.
Muhasibatlıq yazılışı: pul vəsaiti (aktiv hesab) 3 000 man. artır, qazanılmamış mənfəət (öhdəlik hesabı) 3 000 man. artır. 2015-ci ilin sonuna 300 ədəd qəzet C şirkətinə çatdırıldıqdan sonra balans hesabatında qazanılmamış mənfəət (öhdəlik hesabı) 3 000 man. azalacaq, kapital 3 000 man. artacaq.
- Hesablanmış və alınmamış gəlir (hər zaman bizim aktivimizdir) – gəlir qazanılmışdır lakin, pul vəsaiti hələ də daxil olmamışdır. Misal olaraq, ofis ləvazimatları satan A şirkəti 2014-cü ildə 500 min manat satış reallaşdırmışdır və müqaviləyə görə satış məbləği gələn il ödəniləcəkdir. Baxmayaraq ki, satış məbləği gələn il alınacaq A şirkəti gəliri (500 min manatı) bu il tanımışdır. Çünki, A şirkəti malları alıcıya göndərmişdir.
Muhasibatlıq yazılışı: debitor borcları (aktiv hesab) 500 000 man. artır, kapital 500 000 manat artır. Növbəti il satış məbləği alındıqdan sonra yalnız aktivlərdə düzəliş edilir. Yəni, debitor borcları (aktiv hesab) 500 000 man. azalır, pul vəsaiti (aktiv hesab) 500 000 man. artır.
- Öncədən ödənilmiş xərclər (hər zaman bizim aktivimizdir) – xərclər tanınmadan əvvəl pul ödənilir. Buna ən yaxşı misal icarə xərcləridir. X şirkəti ofis icarəyə götürmüşdür, 2015-ci ilin illik icarə haqqını (7 500 man.) 2014-cü ilin dekabr ayında ödəmişdir. Bu xərc 2014-cü ilin xərci deyil, lakin, ödəniş 2014-cü ildə aparıldığı üçün balans hesabatında mütləq qeyd edilməlidir.
Muhasibatlıq yazılışı: 31 dekabr 2014 tarixində balans hesabatı – pul vəsaiti (aktiv hesab) 7 500 man. azalır, öncədən ödənilmiş xərclər (aktiv hesab) 7 500 man. artır. 2015-ci ilin sonuna gəldikdə isə bütün icarə haqqları xərc kimi balans hesabatında eks edilir. 31 dekabr 2015 tarixində balans hesabatı öncədən ödənilmiş xərclər (aktiv hesab) 7 500 man. azalır, xərclərimiz 7 500 man. artır bu da kapitalı 7 500 man. azaldır.
- Hesablanmış və ödənilməmiş xərclər (hər zaman bizim öhdəliyimizdir) – müəssisə balans hesabatında xərci tanıyır lakin, bu xərclərə dair heç bir ödəniş aparılmamışdır. Fərz edək ki, Y müəssisəsi əməkdaşlarının 2014-cü ilin dekabr ayının əmək haqqlarını (cəmi 1 mln manat) ödəməmişdir. 2014-cü ilin sonuna olan balans hesabatında Y müəssisəsi baxmayaraq ki, əmək haqqlarını ödəməmişdir, bu xərci əks etdirməlidir.
Muhasibatlıq yazılışı: 31 dekabr 2014 tarixinə olan balans hesabatı – ödəniləcək əmək haqqları (öhdəlik hesabı) 1 mln man. artır, xərclərimiz 1 mln man. artır bu da kapitalı 1 mln man. azaldır. Növbəti ayın əvvəli əmək haqqları ödəndikdən sonra balans hesabatında bu kimi dəyişikliklər əks olunur: pul vəsaiti (aktiv hesab) 1 mln man. azalır, ödəniləcək əmək haqqları (öhdəlik hesabı) 1 mln man. azalır.
Maliyyə hesabatlarının aşağıda qeyd edilən əsas iki məqsədi maliyyə hesabatlılığı standartlarının vacibliyini ortaya qoymuşdur.
- Maliyyə hesabatlarındakı məlumatlar ondan istifadə edən hər bir şəxs (investorlar, təhlilçilər və d.) üçün faydalı olmalıdır.
- Müxtəlif müəssisələrin maliyyə hesabatları bir-birilə müqayisə edilə bilən olmalıdır. Misal olaraq, siz Ford və ya Toyota şirkətinə investiya eləmək fikrindəsiniz. Hər iki şirkətin maliyyə hesabatları elə formada olmalıdır ki, təhlil zamanı siz bu iki şirkəti bir-birilə müqayisə edə biləsiniz.
Dünyada maliyyə standartlarını təyin edən 2 əsas qurum mövcuddur. Həmin qurumlar aşağıdakılardır.
- ABŞ maliyyə mühasibatlığı standartları komitəsi (MMSK) – FASB
- Beynəlxalq mühasibat uçotu standartları komitəsi (BMSK) – IASB
FASB-ın təyin etdiyi standart – Ümumi Qəbul olunmuş Muhasibatlıq Prinsipləri (ÜQMP) adlanır – U.S. GAAP
IASB-ın isə təyin etdiyi standart – Beynəlxalq Maliyyə Hesabatları Standartı (BMHS) adlanır – IFRS
IASB-ın əsas məqsədləri aşağıdakılardır:
- Şəffaf, müqayisə edilə bilən və yüksək keyfiyyətli maliyyə standartlarının formalaşdırılması
- İstifadəçilərin bu standatlardan istifadəsini stimullaşdırmaq
- Yeni yaranan bazarların və kiçik müəssisələrin xüsusi ehtiyaclarını nəzərə almaq
- İASB, FASB-ın təyin etdiyi standartlar arasındakı fərqi minimallaşdırmaq
IASB-ın standartlarına görə maliyyə hesabatlarının keyfiyyət meyarları aşağıdakılardır:
- Anlaşılan – maliyyə hesabatları elə formada tərtib edilməlidir ki, hər bir istifadəçi (hətta iqtisadiyyat və muhasibat uçotu sahəsində dərin biliyə sahib olmayan istifadəçilər də daxildir) tərəfindən rahat anlaşıla bilən olsun.
- Müqayisə olunan – maliyyə hesabatları müəssisələr arası və müəassisənin öz tarixi məlumatlarına görə müqayisə edilə bilən olmalıdır.
- Münasiblik – maliyyə hesabatlarının münasibliyi onun əhəmiyyətliliyi ilə ölçülür. Maliyyə hesabatları o zaman əhəmiyyətli hesab edilir ki, hesabatlardakı məlumatlar istifadəçilərin iqtisadi qərarlarına təsir etmək qabiliyyətinə malik olsun. Məlumatlar həmişə vaxtında və kifayət qədər ətraflı olmalıdır.
- Etibarlılıq – iqtisadi qərarların obyektivliyini və düzgünlüyünü özündə əks etdirir. Etibarlılığın xüsusiyyətləri bunlardır: təqdimatın düzgünlüyü, mahiyyəti, neytrallıq, həssaslıq, tamlıq
U.S. GAAP və IFRS görə maliyyə hesabatlarının ortaq keyfiyyət meyarları aşağıdakılardır:
- Şəffaflıq – müəssisəyə dair iqtisadi reallıqlar maliyyə hesabatlarında əks olunmalıdır.
- Əhatəli (anlaşılan) – müəssisəyə dair bütün biznes peroseslər, təbirlər, əməliyyatlar, fəaliyyətlər maliyyə hesabatlarında əks edilməlidir.
- Ardıcıllıq (daimilik) - əgər maliyyə hesabatları müəyyən düvrdən bir təqdim edilirsə, o zaman qeyd edilən düvrə uyğun maliyyə hesabatları yenilənməli və daim izlənməlidir.
Mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzində müəssisənin gəlirlərini və xərclərini özündə əks etdirir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, rüblük (yəni 3 aylıq) və ya aylıq). Maşın istehsal edən XYZ müəssisəsinin 2014-cü il üçün mənfəət-zərər hesabatını düzəldək.
- Müəssisə 2014-ci il ərzində 500 ədəd maşın satmışdır. Hər maşının satış qiyməti 10 000 AZN olmuşdur. Deməli şirkətinin gəliri 500 x 10 000 = 5 000 000 AZN.
- Maşın istehsalı üçün istifadə edilən xammalın dəyəri 3 000 000 AZN təşkil etmişdir. Əlavə olaraq işıq, qaz, işçilərin maaşı, və bu kimi administrativ xərclərə 550 000 AZN vəsait istifadə edilmişdir. Bu xərclər mənfəət-zərər hesabatında mənfi işarə ilə yazılır və satış gəlirindən çıxılır.
- XYZ müəssisəsi 2014-ci il ərzində cəlb etdiyi vəsaitə görə 350 000 AZN faiz ödəmiş və avadanlıqların köhnəlməsi ilə bağlı 220 000 AZN xərc hesablanmışdır.
- Müəssisə 2014-ci il ərzində əldə etdiyi mənfəətə görə 40% vergi ödəmişdir.
Bütün əməliyyatlar mənfəət və zərər hesabatında qeyd edilmir. Buna misal olaraq aşağıda qeyd edilmiş 4 əməliyyatı göstərə bilərik:
- Xarici valyuta əməliyyatlarından yaranmış gəlir və ya zərər
- Gələcək üçün nəzərdə tutulmuş xərclər
- Hedcinq emeliyyatları üzrə reallaşmamış gəlir və ya zərər
- Satış üçün nəzərdə tutulan qiymətli kağızlar üzrə reallaşmamış gəlir və ya zərər
Bütün bu əməliyyatlar (mənfəət və zərər hesabatında qeyd edilməyən) digər məcmu gəlirlərdə qeyd edilir.
Daha əvvəl maliyyə hesablaşmalarında da qeyd etdiyimiz kimi, pul vəsaitinin hərəkətindən asılı olmayaraq, gəliri qazandıqda, xərci isə çəkildikdə tanımaq lazımdır. Gəliri aşağıda qeyd edilmiş 4 kriteriyanın hər biri qarşılandığı təqdirdə tanımaq mümkündür.
- Alıcı və satıcı arasında razılaşmaya dair sübut olmalıdır.
- Məhsul təslim edilməli və ya xidmət göstərilməlidir.
- Qiymət müəyyən edilməlidir və ya müəyyən edilə bilən olmalıdır.
- Satıcı pulun alınmasına dair kifayət qədər əmin olmalıdır.
- Uzun müddətli müqavilələrdə gəlirin tanınması metodları:
- Tamamlanan hissə metodu – bu metod o zaman istifadə edilir ki, müqavilə üzrə olan bütün gəlir və xərclər tam düzgün şəkildə ölçülə bilən olsun. Hesablama metodu: bu günə qədər çəkilmiş xərclərin cəmi layihə üzrə ehtimal edilmiş bütün xərclərin cəminə bölünür.
- Tamamlanmış müqavilə metodu – bu metod o zaman istifadə edilir ki, müqavilə üzrə olan bütün gəlir və xərclər tam düzgün şəkildə ölçülə bilmir və ya layihə uzun müddətli deyil. Bu metod yalnız IFRS standartına tabe olan müəssisələrdə istifadə edilir.
Misal: Satış üzrə cəmi gəlir 1 000 man.; cəmi xərc 800 man., bu xərc 3 ilə aiddir, hər ilə müvafiq olaraq 400 man., 300 man., 100 man. xərc düşür. Həm tamamlanan hissə metodu həm də tamamlanmış müqavilə metodu ilə hər il üzrə tanınmalı xalis mənfəəti tapın?

Tamamlanmış müqavilə metodunda layihə bitmədən gəlirlər tanınmır. Sonuncu ilə qədər hər il yalnız o il üzrə olan xərc qədər gəlir göstərilir və xalis gəlir sonuncu ilə qədər sifira bərabər olur.
- Taksitli (hissə-hissə ödəniş) satışlarda gəlirin tanınması metodu – satışdan gələn gəlirin uzun müddətdə ödənilməsi ehtimal edilirsə bu metoddan istifadə edilir. Əgər gəlirin ödənişinin tam şəkildə olacağına dair əminiksə, o təqdirdə gəliri dərhal tanımaq olar. Lakin, vəsaitin 100% ödəniləcəyini bilmiriksə o zaman bu metoddan istifadə eləməliyik. Əgər vəsaitin alınması yüksək ehtimalla qeyri-müəyyəndirsə onda biz xərclərin bərpası metodundan istifadə etməliyik.
Misal: XYZ müəssisəsi 1 000 manata avadanlıq satmışdır. Avadanlığın maya dəyəri 800 manatdır. Ödənişlər aşağıda qeyd edilmişdir. Həm taksitli satış həm də xərclərin bərpası metodu ilə hər il üzrə tanınmalı xalis mənfəəti tapın?
Taksitli satış metadunda bu dusturdan istifadə edəcəyik:
Bu misalda ehtimal olunan mənfəətimiz 200 manatdır (1 000 – 800).
xərclərin bərpası metodunda gəlir yalnız bütün xərclər qarşılandıqdan sonra tanınır.
Səhm – sahibinə gəlirinin bir hissəsini dividend şəklində almaq, şirkətin idarə olunmasında iştirak etmək və ləğvi halında əmlakın bir hissəsini əldə etmək hüququ verən qiymətli kağızdır. Səhmlər adi və imtiyazlı səhmlərə bölünürlər. Adi səhmlər imtiyazlı səhmlərə nisbətən daha gəlirli və daha riskli hesab olunur.
Səhm üzrə mənfəətin hesablanması üçün iki metoddan istifadə edilir:
- Səhm üzrə əsas mənfəət metodu (Basic EPS)
Adi səhmlərin orta sayı – hesabat dövrü ərzində buraxılmış və ya geri alınmış adi səhmlərin sayını orta zaman əmsalına vurulmaqla əldə edilir. Orta zaman əmsalı səhmlərin dövriyyədə olduğu günlərin sayının hesabat dövrünün günlərinin ümumi sayına nisbətidir.
Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; 1 yanvar adi səhmlərin sayı = 1 000 000; 1 aprel yeni buraxılmış adi səhmlərin sayı = 200 000; 1 oktyabr geri alınmış adi səhmlərin sayı = (100 000). Basic EPS???
Aktivlərin həcmi dəyişmədiyi halda belə, adi səhmlərin sayı parçalanma (split) nəticəsində dəyişə bilir. Əgər 100 000 səhmə ikinin birə parçalanma (split) tətbiq edərsə, səhmin sayı 200 000 olacaqdır. Qeyd edək ki, səhmlərin dəyərində heç bir dəyişiklik baş vermir, sadəcə səhmlərin sayında dəyişmə olur.
Yuxarıdakı misalda fərz edək ki, 1 iyul tarixində ikinin birə parçalanma (split) baş vermişdir. Qeyd edək ki, parçalanma (split) özündən əvvəlki tarixlərdə olan adi səhmlərin sayına təsir edir.
2. Səhm üzrə azalan (daylutiv) mənfəət metodu (Diluted EPS)
- Çevrilə bilən imtiyazlı səhmlər
Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; adi səhmlərin orta sayı = 1 000 000; imtiyazlı səhmlərin konvertasiyası nəticəsində 10 000 adi səhm yaranmışdır. Diluted EPS???
Nəticəyə görə, Diluted EPS (2.48) > Basic EPS (2.3). Diluted EPS > Basic EPS olduğu təqdirdə hər zaman Diluted EPS=Basic EPS götürürük. Misalda Diluted EPS=2.3 götürürük. Əgər imtiyazlı səhmlərin konvertasiyası nəticəsində EPS çoxalırsa buna anti dilutive EPS deyilir.
- Opsionlar
Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; adi səhmlərin orta sayı = 1 000 000; 40 000 əldə edilmiş opsion (icra qiyməti = 15 man, bazar qiyməti = 20 man). Diluted EPS???
- Çevrilə bilən istiqrazlar
Misal: xalis mənfəət = 2 500 000 man.; imtiyazlı səhmlərə ödənilən dividendlər = 200 000 man.; adi səhmlərin orta sayı = 1 000 000; istiqrazların konvertasiyası nəticəsində 100 000 adi səhm yaranmışdır (istiqrazın faizi = 200 000, vergi dərəcəsi = 40%). Diluted EPS???
Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Mənfəət-zərər və balans hesabatları arasındakı əsas fərq bundan ibarətdir: mənfəət və zərər hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki (misal: Yanvar 2014 – Dekabr 2014) gəlirlərini və xərclərini özündə əks etdirirdisə, balans hesabatı əksinə, bəlli bir tarixdə (misal: 31 dekabr 2014) müəssisənin nəyə sahib olduğunu göstərir. Maliyye kapitalina numune haqqında düşünərkən belə, balans hesabatının əhəmiyyətini diqqətdən qaçırmaq olmaz. Maliyyə kapitalına bir çox nümunələr gətirmək olar, lakin əsas mövzumuz balans hesabatı olduğu üçün, gəlin diqqətimizi onun üzərində cəmləyək.
Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.
I. Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur. Misal, müəssisənin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofis ləvazimatları, və d. həmin müəssisənin aktivləri sayılır.
Qısamüddətli aktivlər (cari aktivlər) – bir il ərzində öz dəyərini nağd pula çevirə bilən aktivlərdir.
Uzunmüddətli aktivlər – bir ildən artıq müddətə öz dəyərini nağd pula çevirə bilən aktivlərdir.
II. Öhdəliklər – müəssisənin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni əks etdirən resursların müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur. Qısa olaraq desək, müəssisənin fəaliyyəti nəticəsində yaranan digər şəxslərə olan borclardır.
Qısamüddətli öhdəliklər (cari öhdəliklər) – bir ildən qısa müddət ərzində ödənilməli olan borclardır.
Uzunmüddətli öhdəliklər – bir ildən artıq müddət ərzində ödənilməli olan borclardır.
Cari aktivlərin cari öhdəliklərdən çox olan hissəsi dövriyyə kapitalı adlanır.
- dövriyyə kapitalının çox olması – resurslardan səmərəsiz istifadəni bilidirir. Yəni, resurlar gəlir gətirəcək sahələrə yönləndirilməmiş və əldə saxlanılmışdır.
- dövriyyə kapitalının az olması – likvidlik problemini yaradır. Yəni, qısa müddətli öhdəlikləri qarşılamaq üçün əlimizdə kifayət qədər resurs qalmır.
III. Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir. Misal olaraq adi səhmləri, gəlir ehtiyatlarını, imtiyazlı səhmləri və s. göstərə bilərik.
Nizamnamə kapitalı – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir.
Bölüşdürülməmiş mənfəət – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.
Balans hesabatı iki formada hazırlana bilər.
- Report format – balans hesabatının elemetləri bir sütünda ardıcıllıqla yazılır.
- Account format – ən çox istifadə edilən formadır. Sol tərəfdə aktivlər, sağ tərəfdə isə öhdəliklər və kapital olmaqla iki sütündan ibarət olur.
Balans hesabatının təsnifləşdirilməsində oxşar maddələr qruplaşdırılır və yekun cəm ayrıca göstərilir
Misal: “X” müəssisəsinin 31 dekabr 2014 tarixinə nəyə sahib olduğuna baxaq.
Balans hesabatında hər zaman aktivlər = öhdəliklər + kapital bərabərsizliyi gözlənilməlidir. Bizim misalda da aktivlərimizin cəmi (325.847 mln manat) öhdəliklər və kapitalın cəminə (325.847 mln manat) bərabərdir.
Xərclərin kapitallaşdırılması-əgər xərclənmiş vəsait əsasında aktivimiz yaranırsa biz bu xərci kapitallaşdırırıq. Misal: 2014-cu ildə 2 mln dəyərində hazır məhsul alınmışdır. 2014-cü ilin mənfəət və zərər hesabatında biz xəclənmiş bu vəsaiti xərc deyil də hazır məhsul kimi tanıyırıq, yəni, bu xərci kapitallaşdırırıq. 2015-ci ildə bu hazır məhsul satıldığı zaman mənfəət və zərər hesabatında biz 2 mln manatı satışmış məhsulun maya dəyəri kimi tanıyacağıq.
Xərclərin xərc maddəsi kimi tanınması – bəzi dövrü xərclər vardır ki, xərc çəkildiyi dövrün mənfəət və zərər hesabatında xərc maddəsi olaraq tanınır. Misal olaraq deyə bilərik ki, malın saxlanılmasına çəkilən xərclər, admistrativ xərclər, satışın həyata keçirilməsinə çəkilmiş xərclər, xam maddələrə və işçilərə xərclənmiş vəsaitin normadan artıq olan hissəsi və bunun kimi xərclər maliyyə hesabatlarında hər zaman xərc kimi tanınır.
Müəssisələrdə hazır məhsulların uçotunu apararkən 4 üsullardan istifadə edilir.
- İlkin daxil olmuş, ilkin xaric olur (First-in, first-out) – FIFO
- Sonuncu daxil olmuş, ilkin xaric olur (Last-in, first-out) – LIFO
- Orta çəkili metod (Weighted average costing)
- Xüsusi metod (Specific Identifications)
Misal: Fərz edək ki, “Z” müəssisəsi 2014-cü ilin yanvar ayında təsis edilmişdir və ofislər üçün standart işçi kürsülərinin alqı-satqısı ilə məşğul olur. Müəssisənin alışları belədir:
Mart ayında 450 ədəd kürsü satılmışdır. “Z” müəssisəsinin 2014-cü ilin I rübünün mənfəət-zərər hesabatında satılmış 450 ədəd kürsünün maya dəyərini hesablayın? Gəlin bu hesablamanı hər bir üsul üzrə aparaq.
Xüsusi metoddan (Specific Identifications) əsasən qızıl-zinət əşyaları satan müəssisələr istifadə edir. Belə ki, qızıl-zinət əşyaları satan müəssisələr hansı malı hansı qiymətə aldıqlarını dəqiq bilirlər. Bu metodla satılmış malın maya dəyərində, məhz o malın alışına çəkilmiş xərci göstərirlər.
Metodlar arasındakı fərq:
Fərz edək ki, məhsul həcmi sabitdir
Xüsusi metodla (Specific Identifications) əldə edilən nəticələr hər zaman LIFO və FIFO arasında olacaqdır.
Beynəlxalq maliyyə standartlarında icazə verilən metodlar:
IFRS standartlarına tabe olan müəssisələrə məhsulların uçotunu LIFO metodu ilə aparılmasına qəti şəkildə icazə verilmir.
Daxili audit sistemli və intizamlı yanaşma ilə müəssisənin fəaliyyətini təkmilləşdirməyə yönəlmiş müstəqil və obyektiv fəaliyyətdir. Daxili audit nəticəsində müəssisə risklərin idarə edilməsi və nəzarət prosseslərinin səmərəliliyi qiymətləndirilir. Qiymətləndirmələrdən sonra inkişaf və dəyişiklik qaçılmazdır. Burada məqsəd biznesin məqsədlərinə çatmasına kömək etməkdir.
Şirkətlərdə tətbiq edilən daxili audit günü-gündən artır. Daxili auditin əsas xüsusiyyətləri beynəlxalq standartlara uyğunluq, funksional müstəqillik, peşəkar prinsiplər, əlavə dəyər, təminat, keyfiyyət təminatı kimi mühüm məsələlərdən ibarətdir.
Daxili auditin əhəmiyyəti
Daxili auditi prosseslərə müasir nöqteyi-nəzərdən baxan, proseslərin daha yaxşı hala gətirilməsinə diqqət yetirən, bütün bunları obyektiv şəkildə araşdıran və təkliflərlə məsləhət və nəzarəti təmin edən əminlik funksiyasının yaradılması kimi ifadə etmək olar. Bu, məlumatların daha yaxşı qorunması və ya mümkün itki, sızma və ya sui-istifadə hallarının qarşısını almaq üçün tədbirlər görməyə kömək edir. Daxili audit qurumlarda daha yaxşı korporativ idarəetmənin qurulması üçün ən mühüm vasitədir.
Daxili audit xidməti daxili və ya kənardan əldə edilə bilər. İstənilən halda daxili audit xidməti səlahiyyətli, təcrübəli daxili auditorlar tərəfindən təmin edilməlidir. Daxili audit risklərlə birbaşa əlaqəlidir. Bu səbəbdən auditorlar öz sahəsində bacarıqlı və təchizatlı olmalıdırlar.Daxili audit risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin təkmilləşdirilməsində rəhbər heyətə kömək etmək üçün müstəqil və qərəzsiz məsləhət xidməti təqdim etmək məqsədi daşıyır. Daxili auditin əhəmiyyətini bir neçə maddə ilə ümumiləşdirək:
* Daxili audit müəssisənin məqsəd və vəzifələrinə çatmağa kömək edir.
* Şirkətin iqtisadi davamlılığını qorumaq üçün fəaliyyət göstərir.
* Risklərin nəzarət altına alınmasına zəmanət verir.
* İtkilərin qarşısını alır və sui-istifadələri minimuma endirir.
* Səhmdarları və menecerləri bütün maliyyə və əməliyyat məsələləri üzrə obyektiv, etibarlı ekspert rəyi ilə təmin edir.
Bu kontekstdə daxili audit şirkət səhmdarları və menecerləri üçün böyük əhəmiyyət kəsb edir.
Şirkətlərdə Daxili Audit Prosesi
Daxili audit təşkilatın rəhbərliyinə bir çox görünməyən boşluqlar, potensial maliyyə itgilərinin olması və bu kimi nöqsanların aşkarlanıb həlli yollarının tapılması məsləhətlərini verir. Şirkətlərin ən mühüm vəzifələrindən biri də qurumun qarşılaşa biləcəyi mühüm risklərin müəyyən edilməsini və bu risklərin onlara nəzarət edilərək effektiv şəkildə idarə olunmasını təmin etməkdir.
Daxili audit, yoxlanılan dövrdə menecerlərin və işçilərin əməkdaşlığını və iştirakını daha səmərəli edir. Zamanla bu, daxili auditorlara təşkilatı çox yaxşı tanımağa və biznes sahəsində hər bir detalı mənimsəməyə imkan verir. Effektiv daxili audit prosesi üçün həyata keçirilməli olan addımlar:
Planlaşdırma: Daxili audit üçün ən mühüm mərhələlərdən biri olan planlaşdırma gündəlik həyatımızın bütün sahələrində tətbiq etməli olduğumuz bir məsələdir. İşin pozulmasına yol verməmək və məhsuldarlığı artırmaq üçün planlaşdırma mərhələsi yaxşı qiymətləndirilməlidir. Audit sahələrinin müəyyən edilməsi, risk meyarlarının müəyyən edilməsi və risklərin qiymətləndirilməsi, audit sahələrinin prioritetləşdirilməsi, audit resurslarının bölüşdürülməsi, daxili audit planının, proqramının hazırlanması və nəhayət təsdiq edilməsi mərhələlərindən ibarətdir.
Auditin icrası: Audit ərizələri ilkin iş kimi başlayır. Auditin nə üçün olduğunu dəqiq başa düşmək lazımdır və onun məqsədi aydın şəkildə müəyyən edilməlidir. Daha sonra məlumat toplama, araşdırma və başlanğıc iclasla dəstəklənməlidir. Bu mərhələlər nizamlı şəkildə tamamlandıqdan sonra əməliyyatlar nəzarətə götürülür.
Hesabat: Audit nəticəsində əldə edilmiş məlumatlar və rəhbərliyin rəy və təklifləri nəzərə alınmaqla auditin nəticələri barədə məlumat verilir. Audit nəticələrinin hesabatı Beynəlxalq Audit Standartları (BAS) təlimatında müəyyən edilmiş hesabat standartlarına uyğun olaraq aparılır. Mənfi hallar qarşısında müvafiq həll yolları hazırlanaraq hesabata yenidən baxılmalıdır.
Monitorinq və Qiymətləndirmə: Daxili audit tədbirləri nəticəsində təhrif edilmiş prosedurlar hesabat və ya fəaliyyət planında nəzərdə tutulmuş müddətlərdə müvafiq həll variantları ilə həyata keçirilir. Yoxlanılan məlumatlar üçün tədbirlərin görülüb-görülmədiyini üst menecer izləyir. Yoxlama daimi nəzarət altında olmalıdır. Bu səbəbdən də yaxşı bir müşahidəçi olaraq baş verə biləcək mənfiliklərə tez və məhsuldar həll yolları tapmaq lazımdır.
Daxili auditin növləri
Daxili audit təcrübələr toplusudur. Ümumiyyətlə, daxili audit funksiyaları və daxili auditorların bu standartlara uyğun fəaliyyət göstərməsi gözlənilir. Biz insanlar kimi bu proqramlar da daim dəyişmək, inkişaf etmək və yenilənmək imkanına malikdir. Beləliklə, bu standartlar müəyyən izləmə müddətində daim yenilənir.
Uyğunluq Auditi: Şirkətlərin fəaliyyət və əməliyyatlarının müvafiq qanunlara, qaydalara və digər qanunvericiliyə uyğunluğunun yoxlanılmasıdır. Şirkətin necə idarə olunması və fəaliyyət göstərməsi, darboğazların olduğu, nəyin fərqli şəkildə edildiyini göstərən bütün əməliyyat proseslərinə aid olan qanunvericiliyin və bu qanunvericilikdə müəyyən edilmiş icra addımlarının nə dərəcədə məqsədəuyğun olduğunu müəyyən etmək, bu qərarı əsaslandırmaq və nümunə göstərmə və bu nümunə nəticəsində konkret təkmilləşdirmə alternativlərini təqdim etmək.
Maliyyə Auditi: Bütün qurumlar maliyyə uğuru əldə etmək instinkti ilə başlayır. Bu yolda yüksəlmək üçün çox səy lazımdır. Şirkətlər qarşısına böyük hədəflər qoyaraq, özlərinə yeniliklər əlavə edirlər. Bu səylərin uyğun olub-olmaması maliyyə məlumatları ilə başa düşülə bilər. Bunları aşağıdakı kimi sıralamaq olar; şirkətin illik satış gəliri məlumatları, dövriyyə, pul vəsaitlərinin hərəkəti məlumatları, gəlirlilik məlumatları, maliyyə hesabatı məlumatları kimi. Xülasə, gəlir, xərc və aktivlərlə bağlı hesablamaların düzgünlüyünün, maliyyə sisteminin və hesabatların etibarlılığının qiymətləndirilməsidir.
Sistem Auditi: Davamlı audit və davamlı təkmilləşdirmədə irəliləyiş bir şirkət üçün zəruri olmalıdır. Sistem auditi, şirkət menecerinin şirkətlərin böyüməsi, inkişafı və yeni investisiyaları ilə ortaya çıxan şirkət menecerinin nəzarəti itirdiyini düşündüyünü nəzərdə tutur. Təşkilatın daxili nəzarət sisteminin strukturuna töhfə verən bir yanaşma ilə yoxlanılan fəaliyyətləri təhlil etmək, çatışmazlıqları aşkar etmək, onların keyfiyyətini və uyğunluğunu araşdırmaq, resursların və tətbiq olunan idarəetmələrin adekvatlığını ölçmək və qiymətləndirməkdir. .
Performans Auditi: Hər bir şirkətin müəyyən etdiyi mütləq hədəfi var. Bəzi məqsədlərə nail olmaq üçün uzun illər tələb olunur, bəziləri isə qısamüddətlidir. Daxili auditdə bu əməliyyat; Hədəflər təyin etdik, gedəcəyimiz istiqaməti müəyyənləşdirdik, ədədi ölçülə bilən hədəflər müəyyən edildi. Bu performans hədəflərinə uyğun olaraq nə dərəcədə irəlilədiyini göstərən audit növü performans auditidir. İdarəetmənin bütün hissələrində həyata keçirilən əməliyyatların planlaşdırılması, həyata keçirilməsi və nəzarəti mərhələlərində səmərəliliyin, iqtisadi vəziyyətin və səmərəliliyin qiymətləndirilməsidir.
İnformasiya Texnologiyaları Auditi: Yoxlanılan şirkətin elektron informasiya sistemlərinin davamlılığının və etibarlılığının qiymətləndirilməsidir. İnformasiya texnologiyaları auditi, malın alınmasından tutmuş həmin əmtəənin istehsalına və çatdırılmasına qədər, yeni işçinin fəaliyyətinin qiymətləndirilməsindən tutmuş bütün sahələrdə istifadə olunan informasiya texnologiyalarının davamlı şəkildə istifadə oluna bilmə dərəcəsini yoxlayan daxili auditdir.
Müəllif:
Azərbaycan Respublikası Audiorlar Palatasının üzvü
Kamal Hüseynzadə
Maliyyə hesabatları:
Müəssisənin istinad olunan hesabat dövründə, onun fəaliyyət nəticələrini, maliyyə vəziyyətini, pul vəsaitlərinin hərəkətini və əmlak vəziyyəti haqqında konkret informasiya verən hesabatlardır.
Maliyyə hesabatları müəssisənin keçmiş fəaliyyətində iqtisadi vəziyyətinin necə dəyişdiyi barədə məlumat verir.
Əsas maliyyə hesabatlarının təhlil edilməsi: Təhlil, müəssisə haqqında qərar qəbul etmək, onun gələcək fəaliyyəti istiqamətlərini müəyyən etmək, müəssisənin borc almasına və ya borc verməsinə qərar vermək, fəaliyyət davamlılığının öyrənilməsi təmin etmək məqsədi daşıyır.
Əsas maliyyə hesabatları:
*Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat
*Maliyyə vəziyyəti haqqında hesabat
*Pul vəsaitinin hərəkəti haqqında hesabat
* Kapitalda dəyişikliklər haqqında hesabat
Əlavə maliyyə hesabatları:
*İzahlı qeydlər
*Menecment hesabatları
*Audit rəyləri
İlk öncə təhlilin nə üçün edildiyinə baxmaq lazımdır. Burada təhlil edilən və istinad edilən mənbələr təhlilin məqdəsi ilə üst-üstə düşməlidir. Səhv müqayisə mənbələri,yanlış istinad edilən məlumatlar nəticədə səhv təhlillərin aparılmasına dəlalət edir. Nümunə: (ACD MMC- Pərakəndə satış nöqtələri olan müəssisədir. Müəssisənin keçən illə nisbətdə bu il üçün satışların artım və ya azalma dinamikasının təhlilini və müqayisəsini aparın. Burada ilk öncə ötən il və bu ilin eyni vaxtlarında fəaliyyət göstərmiş subyektlərə baxmaq lazımdır. Ola bilər ki, müəssisənin ümumilikdə satış gücü artmışdır(yeni subyektlər açaraq),lakin ötən illə bu il eyni fəaliyyət göstərən satış nöqtələrində dəyişiklik baş verməmişdir. Nəticə olaraq təhlil olunan subyektlər mütləq ahəng təşkil etməlidir)
2. Təhlil məlumatlarının, cədvəllərin və hesabatların toplanması: Təhlil olunan müəssisə haqqında ilkin başlanğıc məlumatlardan onun son mərhələsi olan mənfəət və ya zərərlə işləməsinə qədər ki, bütün prosseslər haqqında məlumatları buraya daxil etmək olar. (Nümunə: Yaranma tarixi,fəaliyyət sahəsi,işçi sayı,obyetkəri haqqında məlumat, maliyyə nəticələri əks etdirən hesabatlar və s.)
3. Toplanmış məlumatların emal edilməsi: Məlumatlar ümumi qəbul edilmiş nisbətlər və əmsalları əsasında emal edilir. Emalın məqsədi təhlilin işinin sürətləndirilməsi və əminliyinin təmin olunmasıdır.
4. Emal edilmiş məlumatlarının təhlili: Burada qurulan qrafik,diaqramlar və cədvəllərin izahları əsaslı şəkildə təqdimat edilir.
5. Hesabatlılıq: Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və təhlillərin yekunlaşdırılması.
6. Təhlillərin yenilənməsi və davamlılığı: Biznes prosseslərinə və fors major hallara uyğun olaraq aparılan təhlillər mütləq qaydada daimiliyini qorumalı və yenilənməlidir.






























