Xəbərlər

İNNAB Business School “CODEX” İT Akademiyasının təqdimat mərasimində iştirak edib.

İNNAB Business School “CODEX” İT Akademiyasının təqdimat mərasimində iştirak edib.

Qeyd edək ki, akademiya ilə əməkdaşlıq edən qurumlar arasında İNNAB Business School da yer alır. Akademiya çərçivəsində təşkil olunan təlimlərdə iştirak edən tələbələr təqaüdlü təhsil almaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində tərəfdaş şirkətlərin nümayəndələri də çıxış edib. İNNAB Business School-un direktoru Rauf Hacıyev çıxışında artıq AzMİU ilə əməkdaşlığın formalaşdığını və “Microsoft”un MOSE proqramı, Data analitikası və MBA sahəsində təlimlərin uğurla həyata keçirildiyini bildirib. Eyni zamanda, beynəlxalq maliyyə analitikası, audit və mühasibatlıq üzrə sertifikat proqramlarının da yaxın gələcəkdə tələbələrə təqdim ediləcəyi vurğulanıb.

İNNAB olaraq gənclərin inkişafına və peşəkar gələcəyinə töhfə verən layihələrin hər zaman yanında olmağa davam edirik.

Sualınız var?

Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!