Xəbərlər

İNNAB Business School ilə Peşə Təhsil Mərkəzi arasında memorandum imzalandı

İNNAB Business School ilə Peşə Təhsil Mərkəzi arasında memorandum imzalandı

14 aprel 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi ilə İNNAB Business School arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.🤝

Memorandumu mərkəzin direktoru Kənan Bağırov və İNNAB Business Schoolun direktoru Rauf Hacıyev imzalayıb.✅️

📌Memoranduma əsasən Peşə Təhsil Mərkəzinin tələbələri İKT sahəsində təlim və proqramlarda, eləcə də təcrübə imkanlarında iştirak edə biləcəklər.

Əməkdaşlığın məqsədi tələbələrin beynəlxalq proqramlara cəlbi, işlə təminata dəstək, birgə tədbirlərin təşkili və onların bilik-bacarıqlarının inkişafına yönəlmiş layihələrin icrasıdır.🤝

Sualınız var?

Hardan başlamaqda tərəddüd edirsinizsə, bizə zəng edin!