İNNAB Business School və AZMİU arasında memorandum imzalandı
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İNNAB Business School arasında əməkdaşlığa dair memorandum imzalanıb. 🤝🏻
📌Burada məqsəd rəqabətə davamlı mütəxəssislərin hazırlanmasına töhfə vermək, tələbələrin peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq sertifikatların, o cümlədən “Microsoft” sertifikatlarının əldə olunmasına dəstək olmaqdan ibarətdir.
Bununla əlaqədar olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və İNNAB Business Schoolun direktoru Rauf Hacıyev arasında görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbərliyi ilə yanaşı, nümayəndələri də iştirak ediblər.✅
Qeyd edək ki, bu əməkdaşlıq universitet və İNNAB Business School arasında bilik və təcrübə transferini gücləndirərək tələbələrin çoxistiqamətli bacarıqlara yiyələnməsinə imkan yaradacaq.🤝🏻